Dmitri Peskov: Kreml bu gün Parisdə keçiriləcək ‘İstəklilər Koalisiyası’nın iclasını diqqətlə izləyəcək

16:15, 13.07.2026

Kreml bu gün Parisdə keçiriləcək “İstəklilər Koalisiyası”nın görüşünü diqqətlə izləyəcək. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov bu qrupu Ukraynada müharibənin davam etməsini istəyən ölkələrin birliyi adlandırıb.

“Bu, müharibə tərəfdarlarının koalisiyasıdır. Bunlar sülh istəməyən, müharibənin davam etməsini arzulayan və ölkəmizə strateji məğlubiyyət yaşatmağın mümkün olduğuna dair illüziya ilə yaşayan dövlətlərdir. Buna görə də biz onların fəaliyyətini çox diqqətlə izləyəcəyik. Bu ölkələr Rusiyaya qarşı düşmən addımlar atırlar və məhz buna görə də baş verənləri yaxından müşahidə edəcəyik”, – deyə Dmitri Peskov bildirib.

Oxşar