Dmitri Peskov – Cenevrədə Ukrayna və Rusiya arasında planlaşdırılan danışıqlarda əsasən ərazi məsələləri, həmçinin daha geniş spektr məsələlər müzakirə olunacaq
Cenevrədə planlaşdırılan danışıqlarda ərazi məsələləri müzakirə olunacaq, – bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Cenevrədə keçiriləcək danışıqlar Abu Dabi görüşləri ilə müqayisədə daha geniş spektri əhatə edəcək.
“Bu dəfə biz məsələlərin daha geniş spektrini müzakirə etməyi planlaşdırırıq, o cümlədən əsas məsələlər – həm ərazi ilə bağlı, həm də digər məsələlər. Bu məsələlər, faktiki olaraq, bizim tələblərimizlə bağlıdır. Burada baş danışıqlarçının, yəni Vladimir Medinskiyin iştirakı vacibdir”, – deyə Peskov bildirib.
Peskov əlavə edib ki, Rusiya prezidentinin müşaviri Vladimir Medinskiyə əlavə olaraq, danışıqlar qrupunda Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edəcək.
Xatırladaq ki, ABŞ, Ukrayna və Rusiya arasında növbəti danışıqlar raundu 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.