Dmitri Peskov Çinin gizli şəkildə Ukraynaya göndərilən rus əsgərlərini hazırladığı barədə yayılan məlumatları yalan adlandırıb
Kremlin sözçüsü Dmitri Peskov “Reuters” agentliyinin yaydığı, guya Çinin gizli şəkildə təxminən 200 rus hərbçisini hazırladığı və onların daha sonra Ukraynaya döyüşməyə göndərildiyi barədə məlumatı yalan adlandırıb.
“Avropada da, ABŞ-də də qəzetlər tərəfindən çoxlu sayda yanlış məlumatlar yayılır. Biz bu problemlə qarşı-qarşıyayıq və belə yanlış məlumatlara şübhə ilə yanaşmaq lazımdır”, — deyə Peskov bildirib.
Reuters agentliyinin məlumatına görə, 2025-ci ildə imzalanmış Rusiya–Çin sazişi Pekində və Çinin digər ərazilərində rus hərbçilərinin təlimini nəzərdə tuturdu.