Dmitri Peskov bildirir ki, Vladimir Putin Emmanuel Makronla dialoqa hazırdır
Kremldə bildiriblər ki, Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla dialoqa hazırdır. Bu barədə Rusiya mediası Kremlin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Emmanuel Makron bir müddət əvvəl Putinlə danışmağa hazır olduğunu bəyan edib, indi isə dialoqa hazır olduğunu Rusiya prezidenti də ifadə edir. Peskov qeyd edib ki, əgər qarşılıqlı siyasi iradə mövcuddursa, “bu, yalnız müsbət qiymətləndirilə bilər”.
Qeyd edək ki, Emmanuel Makron 19 dekabrda Avropanın Rusiya lideri ilə birbaşa əlaqə qurmaq üçün yol tapmalı olduğunu bildirib. Onun sözlərinə görə, əgər ABŞ-ın Ukraynada sülh sazişinə nail olmaq cəhdləri uğursuz olarsa, Avropa İttifaqı Putinlə birbaşa danışıqları bərpa etməli olacaq.