Dmitri Peskov bildirir ki, Moskva hələlik Ukrayna ilə bağlı danışıqların tezliklə bərpa olunması perspektivini görmür

16:27, 16.07.2026

Moskva Ukrayna ilə bağlı danışıqların tezliklə bərpa olunması perspektivini hələlik görmür. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Danışıqlar prosesinin yenidən başlanması üçün yaxın perspektiv yoxdur və biz bunu görmürük”, – deyə Peskov bildirib.

Bununla belə, Kremlin mətbuat katibi qeyd edib ki, Rusiya danışıqlara hazır olmaq mövqeyini qoruyur.

Peskov həmçinin Ukrayna Nazirlər Kabinetindəki dəyişikliklərə münasibət bildirib.

“Biz, əlbəttə ki, Kiyev rejimi ilə bağlı bütün yenilikləri, xüsusilə də hazırkı xüsusi hərbi əməliyyat şəraitində diqqətlə izləyirik. Kiyev rejiminin strukturunda müəyyən dəyişikliklər baş verir, lakin bu dəyişikliklər bizim üçün prinsipial əhəmiyyət daşımır. Bizim üçün əsas məsələ vəziyyətin tənzimlənməsi və öz maraqlarımızın təmin edilməsidir. Ümumiyyətlə, müdafiə nazirinin kim olması bizim üçün önəmli deyil. Bizim üçün vacib olan odur ki, Kiyev rejimində üzərinə məsuliyyət götürəcək və tərəflərə sülh yolu ilə nizamlanmaya çatmağa və ya xüsusi hərbi əməliyyatı başa çatdırmağa imkan verəcək məsuliyyətli qərar qəbul edəcək bir insan olsun.

Kiyevdə hansı qərarların qəbul edilməsinin lazım olduğunu yaxşı bilirlər. Bizim üçün vacibdir ki, orada bu qərarları qəbul edəcək insanlar ortaya çıxsınlar”, – deyə Dmitri Peskov bildirib.

Oxşar