Dmitri Peskov bəyan edir ki, Rusiya Vladimir Zelenski ilə danışıqlara yalnız Moskvanın şərtlərini yerinə yetirməklə hazırdır
Kremlin mətbuat katibi, Dmitri Peskovun bəyanatına görə, Rusiya Ukrayna prezidenti, Vladimir Zelenski ilə danışıqları Moskvanın şərtlərinin yalnız Kiyev tərəfindən yerinə yetirilməsi ilə bağlı aparmağa hazırdır.
“İnerfaksın” məlumatına görə, qeyd olunan barəsində Dmitri Peskov rus mediasında, verilişdə söhbət edərkən bəyan etdi.
Rusiya mediasında yayımlanan verilişin aparıcısı Dimitri Peskovdan Rusiyanın Vladimir Zelenski ilə danışıqlarda hansı məsələdən danışa biləcəyini soruşdu.
“Bizim şərtlərimizin necə yerinə yetirilməsi barəsində”, – Kremlin mətbuat katibi bəyan etdi.
Eyni zamanda Peskov bəyan etdi ki, “Moskvanın irəli sürdüyü şərtlər dəyişməzdir, Rusiyanın əməliyyatı davam edir və qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetiriləcək”.