Dmitri Medvedev – NATO-nun Ukraynaya hərbi yardımını artırması Üçüncü Dünya Müharibəsini yaxınlaşdırır
NATO-nun Ukraynaya hərbi yardımını artırması Üçüncü Dünya Müharibəsini yaxınlaşdırır, – bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, Dmitri Medvedev bəyan etdi.
“Tamamilə çılğın Qərb başqa heç nə düşünə bilməzdi. Faktiki olaraq bu dalandır. Üçüncü Dünya Müharibəsi yaxınlaşır. Bunların hamısı bizim üçün nə deməkdir, hər şey aydındır. Xüsusi əməliyyat eyni məqsədlə davm edir”, – Medvedev “telegramda” yazır.
Medvedev xüsusilə qeyd etdi ki, daha çox silah tədarükü Rusiyanın Ukraynada öz məqsədlərinə çatmasına mane olmayacaq.
Ona qədər, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bəyan etmişdi ki, ABŞ Ukraynanı kaset silahları ilə təmin edərsə, Moskva Ukraynaya qarşı analoji silahlardan istifadə etməyə məcbur olacaq.