Dmitri Medvedev bəyan edir ki, Almaniya Rusiyaya hibrid müharibəsi elan etdi
Rusiya təhlükəsizlik şurasının rəhbəri, Dmitri Medvedev bəyan edir ki, Almaniya Rusiyaya hibrid müharibəsi elan etdi.
Rus mediasının məlumatına görə, Dmitri Medvedev Almaniya kanslerinin Rusiyanın artıq enerji resurslarının etibarlı təchizatçısı hesab edilməməsi ilə bağlı bəyanatına cavab verdi.
“Almaniya: a) dost olmayan ölkə, b) Rusiyanın bütün iqtisadiyyatına və vətəndaşlarına qarşı sanksiyalar tətbiq etdi, c) Ukraynanı silahlı qüvvələrimizə qarşı letal silahlarla təmin edir. Başqa sözlərlə desək, Rusiyaya hibrid müharibəsini elan etdi. Beləliklə, Almaniya Rusiyanın düşməni kimi hərəkət edir”, – Medvedev sosial şəbəkdə yazır.