Dmitri Kuleba – Vilnüs sammitində müttəfiqlər bizə müsbət təkliflər versələr, lakin Ukraynanın NATO-ya daxil olması istiqamətində heç bir addım atmasalar, bu, bizim üçün qəbuledilməz olacaq

11:27, 15.04.2023

Ukrayna NATO-nun növbəti sammitində alyansa qoşulmaq üçün real addımlar gözləyir, – bu barədə Ukraynanın Xarici İşlər naziri, Dmitri Kuleba jurnalistə danışarkən bəyan etdi.

“Əgər müttəfiqlər Vilnüsdə, NATO-ys üzlük məsələsi üzrə sadəcə olaraq 130-cu dəfə açıq qapı siyasətini təsdiq edəcəklərsə, onda bu, Ukrayna üçün qəbuledilməz nəticə olacaq.

Əgər onlar Vilnüsdə NATO ilə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bizə müsbət təkliflər verməyə çalışsalar, lakin Ukraynanın NATO-ya daxil olması istiqamətində heç bir addım atmasalar, bu, bizim üçün qəbuledilməz olacaq”, – Kuleba bəyan etdi.

Məlumat üçün, Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatına görə, Ukrayna NATO-ya inteqrasiya prosesini əvəz edə biləcək heç bir alternativ təkliflə razılaşmayacaq.

NATO-nun gələcək sammiti Vilnüsdə 11-12 iyulda keçiriləcək.

Oxşar