Dmitri Kuleba – Ukraynanın NATO-ya daxil olmasına hələ də skeptik yanaşan ölkələr öz mövqelərinə yenidən baxmalıdırlar

10:24, 02.10.2022

Ukraynanın Xarici İşlər naziri Dmitri Kulebanın bəyan etdiyinə görə, əgər NATO Ukraynanın inteqrasiya prosesini uğurla başa çatdırması üçün lazım olan addımların siyahısını müəyyən etməyə qərar verərsə, ölkə bu addımları atmağa hazırdır. Kuleba bu barədə milli televiziya marafonunun efirində bəyan etdi.

“Avroatlantik məkanın gələcəyi Ukraynada həll olunur. Ukraynanın qələbəsi olmadan Avroatlantik təhlükəsizliyi mümkün deyil”, – nazir qeyd etdi.

Kulebanın dəyərləndirməsinə görə, Ukraynanın NATO-ya müraciəti ölkənin Avroatlantik inteqrasiya prosesinin məntiqini və dinamikasını dəyişir.

“Vəziyyət radikal olaraq dəyişdi və Ukraynanın NATO-ya daxil olmasına hələ də skeptik yanaşan ölkələr öz mövqelərinə yenidən baxmalıdırlar”, – Kuleba qeyd etdi.

Elə onun dediyinə görə, Ukrayna Avropa İttifaqına üzvlük üçün müraciət edərkən, bəzi ənənəvi olaraq skeptik yanaşan paytaxtların reaksiyası son dərəcə ehtiyatlı idi. Lakin Ukrayna namizəd statusunu hər halda aldı. Nazir qeyd etdi ki, bu gün Ukrayna müharibəyə baxmayaraq, islahatları davam etdirən dövlətdir. Eləcə də demokratiyanı qorumaq üçün ən yaxşı oğul və qızlarını qurban verən dövlətdir.

Oxşar