Dmitri Kuleba - Ukrayna BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi, biz təsdiq edirik ki, Rusiya Soyqırım Konvensiyasını pozdu
Ukrayna Rusiyanın Soyqırım Konvensiyasını pozması ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etdi. Bu barədə Ukraynanın Xarici İşlər naziri, Dmitri Kuleba “tvitter” səhifəsində yazır.
“Ukrayna BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə memorandum daxil etdi. Təsdiq edirik ki, Rusiya Federasiyası Ukraynanı əsassız olaraq “soyqırımda” ittiham etməklə öz hərbi təcavüzünə haqq qazandırmaqla Soyqırım Konvensiyasını pozdu”, – Kuleba qeyd edir.
Kulebanın sözlərinə görə, bu, Rusiya Federasiyasının məsuliyyətə cəlb edilməsi və dəymiş zərərin ödənilməsi üçün mühüm addımdır.