Dmitri Kuleba – Ukrayna BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi, biz təsdiq edirik ki, Rusiya Soyqırım Konvensiyasını pozdu

10:07, 02.07.2022

Ukrayna Rusiyanın Soyqırım Konvensiyasını pozması ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etdi. Bu barədə Ukraynanın Xarici İşlər naziri, Dmitri Kuleba “tvitter” səhifəsində yazır.

“Ukrayna BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə memorandum daxil etdi. Təsdiq edirik ki, Rusiya Federasiyası Ukraynanı əsassız olaraq “soyqırımda” ittiham etməklə öz hərbi təcavüzünə haqq qazandırmaqla Soyqırım Konvensiyasını pozdu”, – Kuleba qeyd edir.

Kulebanın sözlərinə görə, bu, Rusiya Federasiyasının məsuliyyətə cəlb edilməsi və dəymiş zərərin ödənilməsi üçün mühüm addımdır.

https://twitter.com/DmytroKuleba/status/1542884731288780800?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1542886114565963777%7Ctwgr%5E%7Ctwcon%5Es2_&ref_url=https%3A%2F%2F1tv.ge%2Fnews%2Fdmitro-kuleba-ukrainam-gaero-s-saertashoriso-sasamartlos-mimarta-chven-vamtkicebt-rom-rusetma-genocidis-shesakheb-konvencia-daarghvia%2F%3Ffbclid%3DIwAR24e0A_aZWhkSg5BuFMWskHr8mg0tv-gNcNuG4hGV2L4w25q7QqxdTfXps

Oxşar