Dmitri Kuleba – Ukrayna Aİ-yə inteqrasiyanın xüsusi modellərindən yorulub
Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, Ukrayna Avropa İttifaqına inteqrasiyanın xüsusi modellərindən yorulub.
Bu sözləri Dmitri Kuleba fransalı həmkarı ilə görüşdən sonra deyib.
“Bizə Ukraynanın Avropaya inteqrasiya layihəsinin bir hissəsi olduğuna dair aydın hüquqi təsdiq lazımdır və belə bir təsdiq Ukraynaya Aİ-yə üzvlük statusu vermək olardı”, – Kuleba deyib.
Bundan əvvəl Fransa prezidenti Aİ-yə daxil olmaq istəyən ölkələr üçün yeni Avropa İttifaqının yaradılması təşəbbüsü ilə çıxış edib, lakin Emmanuel Makronun fikrincə, bu, Aİ üzvlüyünü əvəz etməməlidir.