Dmitri Kuleba Londonda Entoni Blinkenlə görüşdü
Ukrayna Xarici İşlər naziri, Dmitri Kuleba Londonda ABŞ dövlət katibi, Entoni Blinkenlə görüşdü.
Kulebanın dediynə görə, onlar Ukraynanın dəstəyi məsələləri barəsində danışdılar.
“Londonda Entoni Blinkenlə görüşdüm və Amerikaya dəstəyinə görə təşəkkür etdim. Biz Ukraynanın əks-hücum imkanlarının gücləndirilməsi istiqamətində növbəti addımları, Ukraynanın NATO-ya üzvlük perspektivi ilə bağlı Vilnüs sammitinin nəticələrinin hazırlanmasını, sülh formuluna qlobal dəstəyin artırılmasını müzakirə etdik”, – Kuleba “tvitterdə” yazır.
Londonda Ukraynanın bərpası konfransı bu gün başalayacaq. Burada Ukraynanın müharibədən reabilitasiyası üçün beynəlxalq dəstəyin yaradılmasına diqqət yetirəcək. Konfransda 1000-dən artıq rəsmi şəxs iştirak edəcək.