Dmitri Kuleba – həyat müasir Rusiyasız mümkündür, bunların hamısı olacaq
Ukraynaın “demilitarizasiyası” barəsində Peskovun bəyanatından sonra, Ukrayna Xarici İşlər naziri, Dmitri Kuleba bəyan etdi ki, sonrakı epizodları gözləyir.
“Sonrakı epizodlarda: faktiki olaraq, bütün tapşırıqlar yerinə yetirilib. Ukrayna Avropa İttifaqı və NATO-nun üzvü kimi Rusiyaya hücum edə bilməz, Krın Rusiya üçün artıq yük deyil. Nasistlər yalnız Rusiyada qaldılar, rus əsgərlərinin və texnikasının itkisi – Ukraynada. Rusiya heç bir zaman olmadığı kimi güclüdür”, – Kuleba sosial şəbəkədə yazır.
Ukraynanın Xarici İşlər naziri qeyd etdi ki, Ukrayna öz partnyorlarına Putinin ruslara həm Krımın, həm də ümumilikdə Ukraynanın itirilməsini başa sala biləcəyini söyləyərkən haqlıdır.
“Partnyorlar üçün əsas məsələ qlobal dəyişikliklərdən qorxmamaq və Ukraynaya dəstəyi dayandırmamaqdır. Həyar müasir Rusiyasız mümkündür. Biz isə, qlobal koalisiyanın güclənməsinə dəstək olmaq üçün Ukrayna Müdafiə Qüvvələri üçün hər gün yeni silahlar üzərində işləyirik. Sülh formulu və Ukraynanın bərpası – bunların hamısı olacaq”, – Kuleba qeyd etdi.