Dmitri Kuleba – heç kim tələb etmir ki, Avropa İttifaqı ərazisinə giriş, sığınacağa ehtiyacı olan və ya humanitar məqsədlər üçün Avropaya gələn Rusiya vətəndaşı üçün məhdudlaşdırılsın

18:22, 13.08.2022

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın bəyan etdiyinə görə, heç kim tələb etmir ki, Avropa İttifaqı ərazisinə giriş, sığınacağa ehtiyacı olan və ya humanitar məqsədlər üçün Avropaya gələn Rusiya vətəndaşı üçün məhdudlaşdırılsın. Bu barədə Ukraynalı diplomat özünün “tvitter” səhifəsində yazır.

“Avropaya turist səyahətinə mümkün qadağadan narazı olan Rusiya vətəndaşları, Kremlə və müharibəni dəstəkləyən həmvətənlərinin 70%-nə şikayətlə müraciət edə bilərlər. Heç kim qadağanın Avropaya sığınacaq və ya humanitar yardıma ehtiyacı olan Rusiya vətəndaşlarına aid edilməsini irəli sürmür”, – Kuleba yazır.

Xatırladırıq ki, Ukrayna Rusiyanın Ukraynada başlatdığı müharibə ilə əlaqədar bütün Rusiya vətəndaşlarının turizm məqsədilə Avropaya səyahətinə qadağa qoyulmasını tələb edir. Bu təklif Çexiya və Baltikyanı ölkələr tərəfindən dəstəklənir. Avropa İttifaqı Şurası bu mövzunu avqustun sonunda müzakirə edəcək.

Oxşar