Dmitri Kuleba bəyan edir ki, türk həmkarı Kaxovka bəndinin partlaması nəticəsində yaranmış böhranı yüngülləşdirmək üçün humanitar yardım vəd etdi
Ukraynanın Xarici İşlər naziri, Dmitri Kuleba Türkiyənin yeni təyin olunmuş Xarici İşlər naziri, Hakan Fidan ilə ilk telefon danışığı apardı. Bu barədə Kuleba öz “tvitter” səhifəsində yazır.
“Söhbət zamanı türk həmkarım Hakan Fidanı vəzifəyə təyin olunması münasibətilə təbrik etdim və Kaxovka faciəsinin ağır humanitar və ekoloji fəsadları barədə məlumat verdim. O mənə bildirdi ki, Türkiyə bu böhranı yüngülləşdirmək üçün humanitar yardım üzərində işləyir”, – Kuleba yazır.