Dmitri Kuleba bəyan edir ki, Kiyeb qərb avia qırıcılarından Rusiya ərazisində zərbələr üçün istifadə etməyəcək
Ukrayna Xairici İşlər naziri, Dmitri Kuleba bəyan edir ki, Kiyeb qərb avia qırıcılarından Rusiya ərazisində zərbələr üçün istifadə etməyəcək. Bu barədə Kuleba “skay nyus”-a müsahibəsində bəyan etdi.
Diplomatın açıqlamasına görə, qırıcılar Ukraynaya müharibəni dayandırmaq və Rusiya qüvvələrini şərq sərhədlərindən kənara çıxarmaq üçün lazımdır.
“Biz partnyorlarımızdan aldığımız silahları Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya qarşı zərbələr endirmək üçün istifadə edirik”, – Kuleba qeyd etdi.
Suala o, zəmanət verirmi ki, Ukrayna qərb təyyarələrindən və uzaq məsafəli başqa silahlanmandan Rusiya ərazisində zərbə üçün istifadə etməyəcək, nazir cavab verdi: “zəmanət verə bilərik ki, qərb silahlarından Ukrayna ərazilərini azad etmək üçün istifadə edəcəyik”.