Dmitri Kuleba bəyan edir ki, Almaniya və Fransa 2008-ci ildə Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməməklə strateji səhvə yol verdilər
Almaniya və Fransa 2008-ci ildə Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməməklə strateji səhv buraxdılar, – bu barədə “NBC” telekanalına müsahibəsində Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba bəyan etdi.
Kuleanın dediyinə görə, Ukrayna NATO-nun üzvü olsaydı, Rusiya ilə müharibə olmazdı.
“2008-ci ildə ABŞ və digər müttəfiqlərinin Ukraynanı Alyansa qatmaq cəhdlərini rədd edən Almaniya və Fransanın yol verdiyi strateji səhv bizim əvəzini ödədiyimiz şeydir. Almaniy və ya Fransa deyil, bu səhvə Ukrayna ödəməli olur”, – Kuleba bəyan etdi.