Dmanisi Sakrebulosunun sədri olaraq Paata Ğuliaşvilini seçdilər

13:35, 10.12.2021

Dmanisi Sakrebulosunun sədri olaraq hakim partiyanın deputatı, Paata Ğuliaşvilini seçdilər. İclasda “Gürcü Arzusunun” 15 deputatı və “Milli Hərəkatın” bir üzvü, Ramiz Ramazanov iştirak edirdi. Ğuliaşvilinin 16 deputat dəstəklədi.

Elə bu gün, Sakrebulonun sədrinin birinci müavini vəzifəsinə Ramiz Ramazanovu seçdilər.

Ramazanov bu gün iclasın başlamasına qədər bəyan etdi ki, Sakrebuloda işini müstəqil deputat statusu ilə daavam etdirəcək və qeyd etdi ki, “Milli Hərəkatın” boykotuna qoşulmur. O, bəyan etdi ki, əhalinin etimadı ilə əldə etdiyi mandatdan istifadə edəcək.

Ötən həftə Sakrebulonun iclası kvorumun olmamasına səbəbindən baş tutmadı. İclasda yalnız “Gürcü Arzusunun” 15 deputatı iştirak edirdi, kvorum üçün isə, 16 deputatın iştirakı lazım idi.

Dmanisi Sakrebulosunda 15 deputat “Gürcü Arzusundandır”, 13 deputat “Milli Hərəkatdan”, biri “Proqress” partiyasından və biri isə, müstəqil deputatdır.

Oxşar