Dmanisi Munisipalitetinin Qanaxleba kəndində iribuynuzlu heyvanlarda quduzluğa iki yoluxma halı aşkar edilib
Kvemo Kartli regionunda, xüsusən Dmanisi Munisipalitetinin Qanaxleba kəndində laboratoriya tədqiqatı nəticəsində iki baş iribuynuzlu heyvanda quduzluq xəstəliyi təsdiqlənib. Bu barədə məlumatı Milli Qida Agentliyi yayır.
Qurumun məlumatına əsasən, Milli Qida Agentliyi infeksiya ocağında səhiyyə mütəxəssisləri ilə birlikdə işləyir.
“Təsərrüfat sahiblərinin verdiyi məlumata əsasən, heyvanlarda dişləmə izləri müşahidə olunmayıb.
Qeyd olunan faktla bağlı qanunvericiliyə uyğun olaraq xəstəliyin aradan qaldırılması tədbirləri həyata keçiriləcək: xəstəlik ocağında karantin elan olunacaq; quduzluğa həssas heyvanların peyvəndlənməsi, dezinfeksiya işləri aparılacaq, heyvanların hərəkətinə məhdudiyyət qoyulacaq; quduzluğa həssas heyvanların sağlamlığına nəzarət ediləcək. Epidemioloji tədqiqatı Kvemo Kartli Departamentinin mütəxəssisləri aparacaqlar” – Milli Qida Agentliyinin yaydığı məlumatda deyilir.