Dmanisi bələdiyyəsində zəlzələ  məktəb binasına və 20-yə yaxın evə ziyan vurub
Dmanisi bələdiyyəsində zəlzələ məktəb binasına və 20-yə yaxın evə ziyan vurub

Regional administrasiyadan verilən məlumata görə, Dmanisi bələdiyyəsində baş verən zəlzələ nəticəsində məktəb binası və 20-yə yaxın ev dağılıb. Qantiadi kəndində evlərdə və dövlət məktəbində çatlar var.

Bu gündən etibarən Qantiadi Dövlət Məktəbinin şagirdləri onlayn tədris rejiminə keçiblər. Məktəb ekspertizanın yekununu gözləyəcək, bundan sonra məktəbin təmirmi olunacağı və ya sökülməsinə ehtiyac məlum olacaq.

Ekspertiza sökülmə ilə bağlı nəticə çıxarsa, şagird və müəllimlər qonşu kəndlərdəki məktəblərə köçürüləcək. Onların daşınması yerli bələdiyyə tərəfindən təmin ediləcək.

Dmanisidə səhər saatlarından zərərin hesablanması komissiyası işləyir. Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili hadisə yerindədir. Hökumət yerli əhaliyə kompensasiya verəcək.