Dizi-Laxamula və Uşquli-Lasdili hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Dizi-Laxamula və Uşquli-Lasdili hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Dizi-Laxamula və Uşquli-Lasdili hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

“Qar və qar uçqunu təhlükəsi səbəbilə respublika əhəmiyyətli Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 90 km – 100 km (Dizi-Laxamula) və 185 km -192 km (Uşquli-Lasdili) hissələrində müvəqqəti olaraq bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Avtomobil yolunun 30 km – 89 km (Cvari-Dizi) və 101 km – 184 km (Laxamula-Uşquli) hissələrində qoşqulu, yarımqoşqulu və M3 kateqoriyalı 22-dən çox oturacaq yeri olan (sürücünün yerindən başqa) sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Avtomobil yolunun 1 km – 29 km (Zuqdidi-Cvari) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – məlumatda qeyd olunub.