Yaponiya moda dizayneri, Kenzo Takada 81 yaşında koronavirusdan vəfat etdi. Kenzo dünyasını bu gün Fransanın xəstəxanalarından birində dəyişdi. Onun ölümünə səbəb koronavirusun çətinləşmiş foması idi.
“CNN” yazır ki, Takada moda aləmində ilk dəfə 1970-ci ildə göründü və onun dizaynı həmişə kəskin rənglərlə fərqlənirdi.
Son illər ərzində Kenzo Takada “K-3” brendinə rəhbərlik edirdi.