Ditsi kəndində yerli sakinlər suvarma suyu tələbi ilə aksiya keçirirlər
Ditsi kəndində yerli sakinlər suvarma suyu tələbi ilə aksiya keçirirlər

Ditsi kəndində yerli sakinlər suvarma suyu tələbi ilə aksiya keçirirlər. Yerli sakinlər məhsulun quruduğunu və bu il suvara bilmədiklərini deyirlər. Kənd suyu Arbo nasos stansiyasından alır. Yerinə gələn meliorasiya xidmətinin nümayəndələri bəyan edirlər ki, üç gün əvvəl mühərrik xarab olub və bu, suvarma suyu problemini bu yaradıb.

Sakinlər deyirlər ki, meliorasiya xidməti yalan danışır və bu mövsüm kənddə su olmayıb. Yerli əhali problemin həllini tələb edir.

“Arbo stansiyası düzəldikdən sonra problemlərimiz var. BU problem hər ildir. Bu il bağları ümumiyyətlə suvara bilmədik. Su yetmir. İki gündə bir saat bu qədər kəndə yetmir. İndi mühərrikin xarab olmasının sütünə atırlar. Ola bilsin xarab olub da, lakin bu problemi həll etməyəcək. Onun zəmanitini heç kim vermir ki, mühhərik düzəldikdən sonra suyumuz olacaq. Bilirlər ki, su glməyəcək. Bu kəndə fikir vermələrini tələb edirik. Bu suyu bölüşdürək. Başqa kəndlərdə yüzlərcə hektar torpaqları var və orada suvarırlar, bizə qədər gəlib çata bilmir. Tələb edirik nəsə etsinlər. Sərhədyanı kənddir və məhsulu gtirə bilməsək, kənddə kim qalacaq”, – kənd sakinlərindən biri bəyan edir.