“Dinamo Tbilisi” “Kopenhagen”i penaltilər seriyasında məğlub etdi və UEFA Gənclər Liqasının pley-off finalında “Fiorentina” ilə qarşılaşacaq #1TVSPORT
“Dinamo Tbilisi”nin 19 yaşadək futbolçulardan ibarət komandası “Kopenhagen” səddini aşdı və Gənclər Çempionlar Liqasının pley-off finalında oynayacaq.
Tbilisidə keçirilən qarşılaşmada “Dinamo”çular 3:0 hesabı ilə qalib gəlmişdilər və ilk baxışdan kifayət qədər üstünlüyə malik idilər. Hərçənd, Danimarkada baş tutan cavab qarşılaşmasında “Kopenhagen” də 3:0 hesablı qələbə qazandı və yekunda hesab bərabərləşdi.
Danimarkalılar ilk hissədə 2:0 önə keçdilər, hakim 44-cü dəqiqədə “Dinamo”nun oyunçusu Andria Nijaradzeni meydandan qovdu və tbilisililər çətin vəziyyətdə qaldılar. “Kopenhagen” 71-ci dəqiqədə üçüncü qolu da vurdu.
Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasını “Dinamo” daha yaxşı yerinə yetirdi (5:4) və pley-off finalına vəsiqə qazandı və İtaliyanın “Fiorentina” klubu ilə qarşılaşacaq.
Tbilisililər italyanlara noyabrın 25-də “Dinamo Arena”da ev sahibliyi edəcəklər, dekabrın 9-da isə İtaliyada qarşılaşacaqlar.