"Dinamo Arenada" Gürcüstan-Belarus matçı tamaşaçısız keçiriləcək
"Dinamo Arenada" Gürcüstan-Belarus matçı tamaşaçısız keçiriləcək

8 oktyabrda Tbilisinin “Dinamo Arenasında” Gürcüstan-Belarus milli yığmalarının matçı tamaşaçısız keçiriləcək.

Bu barədə Gürcüstan Futbol Federasiyasının bəyanatında deyilir.

“Oktyabrın 5-də, Gürcüstan hökumətinin admnistrasiyasında idarələrarası koordinasiya şurasının növbəti iclası keçirildi. Şura üzvləri Gürcüstan-Belarus milli yığmalarının matçına azarkeşlərin iştirakı məsələsini müzakirə etdilər. İclasda Gürcüstan Futbol Federasiyasının prezidenti, Levan Kobiaşvili iştirak edirdi.

Xatırladaq ki, UEFA-nın icraiyyə komitəsinin qərarı ilə, cari ilin oktyabrından UEFA himayəsi ilə keçiriləcək bütün görüşlərə tamaşaçını buraxmağa icazə verildi, əgər buna yerli hökmutlər tərəfindən icazə verilsə.

Tbilisinin “Dinamo Arena” stadionunun tamaşaçısının ümumi sayının 30 faizi təxminən 16 000 azarkeşi təşkil edir. Şura iclasında qeyd olundu ki, minlərcə insanın bir məkana toplaşması, xüsusi epidemioloji risklərlə bağlıdır. Müvafiq olaraq, epidemoloqların, səhiyyə mütəxəssislərin rekomendasiyaları ilə, qərar qəbul edildi ki, 8 oktyabrda Tbilisinin “Dinamo Arenasında” Gürcüstan-Belarus milli yığmalarının matçı tamaşaçısız keçirilsin”, – Gürcüstan Futbol Federasiyasının bəyanatında deyilir.

Gürcüstan milli yığması Tbilisinin “Dinamo Arenasında” Avropa Çempionatının təkmilləşdirmə mərhələsinin play-off yarımfinalında Belarus milli yığması ilə görüşəcək. Matç 8 oktyabr saat 20:00-da başlayacaq.