Daxili İşlər Nazirliyi bu gündən zabitlərin 365 vakansiyasına ərizələrin qəbulunu elan edir.
İdarənin məlumatına görə, zabit vakansiyasını tutmaq üçün vacib tələb ali təhsildir.
Həmçinin bu gündən Daxili İşlər Nazirliyinin rəsmi “Officer.ge” vebsəhifəsi fəaliyyətə başlayır. Vebsəhifə xüsusi zabitlər üçün yaradılmış kommunikasiya kanalıdır. Həmin səhifə vasitəsi ilə zabitlər vəzifəsinə ərizələrin qəbulu baş verəcək.
Həmçinin qeyd olunan vebsəhifənin vasitəsi ilə, vətəndaşlar zabitlərdən istənilən məlumatı ala biləcəklər.
Bundan başqa zabitlər institutunun informasiya kampaniyası başlayır. Mediada reklam videoçarxları yerləşdiriləcək, Daxili İşlər Nazirliyində açıq qapılar günləri keçiriləcək.
“Daxili İşlər Nazirliyində məzmunlu və struktur islahatları prossesləri keçirilir ki, bunun da tərkib hissəsi Kriminal Polisinin islahatıdır. Məhz elə Kriminal Polisi islahatı çərçivəsində məhəllə istiqamətinin transformasiyası baş verir.
Daxili İşlər Nazirliyinin məqsədi ənənəvi polis fəaliyyətindən ictimaiyyətə orientirləşdirlmiş polis yanaşmasına keçməkdir. Nizam-intizam zabitlərinin institutu prevensial tədbirlərin həyata keçirilməsinə orientirləşdirlmiş olacaq”, – DİN-in bəyanatında deyilir.
İdarənin məlumatına görə, nizam-intizam zabitlərinin səlahiyyətinə həddi-büluğa çatmayanlarla, ailə zoraklığı ilə, qonşu mübahisələri ilə, qanunsuz miqrasiya ilə bağlı problemlərə münasibətin bildirilməsi daxil olacaq.
Bu institut ilk mərhələdə Tbilisidə, pilot rejimində tədbiq olunacaq və 365 zabit mərhələ şəklində işə başlayacaq.
Seçilmiş namizədlər, Daxili İşlər Nazirliyinin Akademiyasında hazırlıq keçəcəklər.