DİN video cərimələrlə əlaqədar açıqlama yayır və vətəndaşlara xatırlatma edir ki, cərimə qəbzlərini police.ge-də yayımlandıqdan 30-cu gün sonra tapşırılmış sayılır.
DİN, Gürcüstanın inzibati qanunpozuntular məcəlləsinin müəyyənləşdiriliş video cərimələrin yeni qanununa müvafiq olaraq, idarə rəsmi veb-səhifə police.ge-də cərimələri icimai olaraq yayımlamağa başladı.
“2017-ci ilin bir noyabr tarixində aktivləşmiş tənzimləməyə əsasən:
Əgər, yol qaydalarını pozubsunuzsa və ağıllı kamera bunu qeyd edirsə, cərimə yazıldığı təqdirdə telefonunuza qısa mətnli mesaj yollanılacaq. Bu, avtomobilin qeydiyyat sənədində sizin nömrəniz qeyd oldunubsa baş verəcək.
Sms almasanız və cəriməni 10 gün ərzində ödəməsəniz, bildirişi post vasitəsilə, xidmət agentliyində qeyd edilən yaşayış ünvanına yollayacaqlar. Əgər, hər iki halda da cərimə üçün qol çəkməsəniz, police.ge -də ictimai video-cərimə bölməsini yoxlamalısınız.
Qısa mətnli mesaj aldıqdan da 10 gün ərzində cəriməni ödəsəniz, 20%-lik güzəştdən istifadə edə bilərsiniz.
Cərimə qəbzlərinin poçt ilə iki dəyə götürülməməsi halında DİN qəbzi rəsmi səhifəyə yükləyəcək.
Qeyd olunmalıdır ki, Foto-video cərimələrinə balların azalma sistemi aid deyil “, – Daxili İşlər Nazirliyində bəyan edirlər.