DİN, Rustaveli prospektindəki mitinqdə media nümayəndələrinə qarşı fiziki zorakılıq tətbiq etdiyi üçün üç nəfəri saxladı

11:20, 06.07.2021

Rustaveli prospektində keçirilən mitinq zamanı Daxili İşlər Nazirliyi, üç nəfəri fiziki zorakılıq və media nümayəndələrinə qarşı zorakılıq və peşə fəaliyyətlərinə qanunsuz müdaxilə etdikləri üçün saxladı.

Bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Daxili İşlər Nazirliyi, Tbilisi Polis Şöbəsi və Qədim Tbilisi Baş İdarəsinin əməkdaşları istintaq hərəkətləri nəticəsində aydın oldu ki, saxlanılan şəxslər Tbilisidə Rustaveli prospektindəki mitinqdə mətbuat nümayəndələrinə qarşı peşə fəaliyyətlərinə qanunsuz olaraq maneçilik törətdilər. 1982-ci il təvəllüdlü M.D., 1983-cü il təvəllüdlü Z.C. və 1979 təvəllüdlü Z.M. saxlanıldı.

İstintaqla həmin şəxslərn “Rustavi 2”, “Mtavari Kanal”, “Tabula” və “Newpost” xəbər agentliyi nümayəndələrinə Tbilisi Pride-yə qarşı mitinq zamanı müxtəlif şiddət və zorakılıq təhdidlərdən istifadə edərək maneə törətdikləri məlum oldu.

İstintaq 154-cü maddənin ikinci hissəsi və 126-cı maddənin birinci hissəsi ilə davam etdirilir.

Zorakılıq və pozuntularda iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün aktiv istintaq hərəkətləri davam etdirilir. Artıq müxtəlif media vasitələrin 25 nümayəndəsi ilə sorğu aparılıb, hadisələrlə bağlı materiallar araşdırılır və cinayətdə iştirak edən digər şəxslər araşdırılır”, – deyilir bəyanatda.

Oxşar