DİN – Rustaveli ilə bağlı hər iki mitinqin təşkilatçılarını zorakılıq çağırışlarına yol verməmək və mitinqlərin şiddətlənməməsi üçün xəbərdar edirik
Rustaveli prospektindəki hər iki mitinqin təşkilatçılarını şiddət çağırışlarına yol verməmələri və mitinqlərin şiddətlənməməsini təmin etmələri üçün xəbərdar edirik” deyilir DİN-nin bəyanatında.
“Cəmiyyət üçün məlum olduğu kimi Rustaveli prospektində parlament binasının qarşısında “səssiz mitinq ”elan edildi, buna paralel Kaşueti məbədinin yaxınlığında başqa bir mitinq planlaşdırıldı.
Etirazçıları toplaşmaq və ifadə azadlığı qanununun icazə verdiyi hədləri aşmamağa çağırırıq. Eyni zamanda, hər iki mitinqin təşkilatçılarına şiddət çağırışlarına yol verməmələri və mitinqlərin şiddətlənməməsi üçün xəbərdarlıq edirik.
Burada mövcud riskləri nəzərə alaraq media nümayəndələrini – polislə əməkdaşlıq etməyə, Daxili İşlər Nazirliyi nümayəndələrinin təlimatlarını və tövsiyələrini nəzərə almağa çağırırıq.
Daxili İşlər Nazirliyi ictimai asayişin və təhlükəsizliyin qorunmasını təmin edir. Nazirlik pozuntu faktlarına müvafiq cavab verəcək.