DİN - Parlament qarşısında aksiya zamanı 37 nəfər yaxalanıb, aksiyanın dörd iştirakçısı və iki hüquqmühafizəçi xəsarət alıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 18-də Parlament qarşısında keçirilən aksiya zamanı 37 nəfər yaxalanıb.
“İnzibati Xətalar Məcəlləsinin 173-cü (hüquqmühafizə orqanı əməkdaşının qanuni tələbinə itaətsizlik) və 166-cı (xuliqanlıq) maddəsi ilə 37 nəfər yaxalanıb.
Rustaveli prospektində aksiyanın dörd iştirakçısı və iki hüquqmühafizəçi xəsarət alıb”, – DİN-in bəyanatında deyilir.