DİN-nin Vahid Xidmət Mərkəzi bu gündən etibarən vətəndaşlara uzaqdan xidmət göstərəcək
Yeni tip koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədi ilə ,Ümumdünya Səhiyyə Təşkilatının rekomendasiyasına əsasən, Vahid Xidmət Mərkəzi vətəndaşlara uzaqdan xidmət göstərəcək.
DİN-dən verilən məlumata əsasən, martın 16-dan etibarən Vahid Xidmət Mərkəzlərində (Tbilisi, Rustavi) mövcud 50-dək xidmətdən vətəndaşlar 241 42 42 nömrəsinə zəng edərək və həmçinin “police.ge” veb-səhifəsi vasitəsi ilə yararlana biləcəklər.
Patrul Polisinin cərimələr ilə bağlı uzaqdan göstərdiyi xidmətlər: Cərimələr ilə bağlı istənilən məlumatın yoxlanılması və alınması, inzibati cərimələrin şikayət edilməsi, tətbiq olunan cərimənin ödənilməməsi səbəbi ilə dayandırılmış sürücülük hüququnun cərimə ilə əvəzlənməsi, içkili vəziyyətdə avtomobilin idarəedilməsi səbəbi ilə dayandırılmış sürücülük hüququnun cərimə ilə əvəzlənməsi, artıq ödənilmiş cərimənin geri qaytarılması, ödənilmiş cərimənin statusunun dəyişdirilməsi, məlumat bazasına düzəlişlərin edilməsi, arayışların alınması, sürücülük hüququnun dayandırılması ilə bağlı əmrin ləğv olunması. Patrul polisinin icazələr ilə bağlı uzaqdan xidmətləri: Yollarda işlərin aparılması üçün icazənin alınması, qazma işləri ilə bağlı icazələrin alınması, yolda tikinti aparılan zaman qoruyucu konstruksiyaların quraşdırılmasına dair icazənin alınması, xüsusi siqnalların quraşdırılması/istifadəsi ilə bağlı icazələrin alınması, cavab protokolunun alınması, yol-nəqliyyat hadisələri zamanı işin aparılması ilə bağlı materialın alınması, video-yazıların alınması, Gürcüstanda gəlirdən imtina etməklə bağlı qərarın alınması, Vətəndaşlar cərimələrin statusunu yoxlamaq və cəriməni ödəmək üçün “police.ge”- yə müraciət edə bilərlər. Əlaqə nömrəsi : 2414242