DİN "Mtavari Arxi" efirinə çıxan süjetlə bağlı bəyanat yayır
DİN "Mtavari Arxi" efirinə çıxan süjetlə bağlı bəyanat yayır

Daxili İşlər Nazirliyi “Mtavari Arxi” efirinə çıxan süjetlə bağlı bəyanat yayır.

İdarə efirə çıxan süjetə əks səda verir. DİN-in məlumatına görə, süjetdə deyilir ki, “feysbuk” sosial şəbəkəsində müxalif partiyalardan birinin diskreditasiyası məqsədilə yaradılmış səhifənin müəllifi Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəis müavinidir.

“Mtavari Arxinin” jurnalisti bu gün Daxili İşlər Nazirliyində keçirilən birifinq zamanı Strateji Kommunikasiyalar Departamentinin direktoru, Nino Gioqobianidən soruşdu ki, onlar tərəfindən müxalif partiyanın diskretitasiyası məqsədilə yaradılmış səhifənin müəllifi kimi adlandırdıqları şəxs, Daxili İşlər Nazirliyinin əməkdaşıdır ya yox. Nino Giorqobiani jurnalistə cavab verdi ki, qeyd olunan məlumatı yoxlayıb dəqiqləşdirilmiş məlumat çatdıracaq. Az sonra, Strateji Kommunikasiyalar Departamentinin əməkdaşı “Mtavari Arxinin” xəbərlər buraxılışının prodüsseri ilə əlaqə saxladı və açıqladı ki, onlar tərəfindən adlandırılan şəxs Daxili İşlər Nazirliyinin əməkdaşı deyildi. Buna baxmayaraq, süjetdə hər halda təsdiq edirdilər ki, müxalif partiyanın diskretitasiyası məqsədilə yaradılmış səhifənin müəllifi Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Həmçinin sitat gətirilidi ki, “idarənin yüksək vəzifəlilərindən bir şey öyrənənə bilmədilər”, – idarədə bəyan edirlər.

Həmçinin, DİN-in məlumatına görə, süjetdə səsləndirilməyib ki, Strateji Kommunikasiyalar Departamentinin əməkdaşı “Mtavari Arxinin” xəbərlər buraxılışının prodüsseri ilə əlaqə saxladı və açıqladı ki, onlar tərəfindən adlandırılan şəxs Daxili İşlər Nazirliyinin əməkdaşı deyil.