DİN "Milli Hərəkatın" siyasi şurasının üzvünə edilən hücumla bağlı bir nəfəri yaxaladı
Daxili İşlər Nazirliyi “Milli Hərəkatın” siyasi şurasının üzvünə hücumda ittiham olunan bir nəfəri yaxaladı, – bu barədə məlumatı DİN yayır.
İdarənin məlumatına görə, Tbilisidə Polis Departamentinin Vake-Saburtalo şöbəsinin əməkdaşları, qəbul olunan məlumat əsasında operativ-istintaq hərəkətləri nəticəsində, 1990-cı il təvəllüdlü Ş.İ.-ni zoraklıq ittihamı ilə yaxaladı. Cinayət cəriməni və ya bir illiyinə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən olundu ki, vətəndaş Aleksandre Kvaxadze ilə, cari ilin yanvarın 17-də öz qonşusu – İ.R. əlaqə saxladı və görüş xahiş etdi. O, İ.R. və Ş.İ. ilə yanvarın 18-də, Tbilisidə, Sulxan Tsintsadze küçəsində, skverdə görüşdü. İ.R. Aleksandre Kvaxadzedən müəəyən məbləğ istədi. Lakin rədd cavabı aldı.
Bundan sonra söhbətə Ş.İ. qarışdı və Aleksandre Kvaxadzeni söz və fiziki təhqir etdi. Baş verən faktla bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır. Maddə zəraklığı nəzərdə tutur.
Milli Hərəkatın siyasi şurasının üzvü, Aleksandre Kvaxadze brifinqdə bəyan etdi ki, ona hücum etdilər.
Elə onun dediyinə görə, hücum edənlər konkret məbləğ tələb edirdilər. Rədd cavab aldıqdan sonra isə onu fiziki təhqir etdilər.