DİN, Mixeil Saakaşvilinin cəzaçəkmə müəssisəsinə köçürülməsinin video görüntülərini yayıb (VİDEO)
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cəzaçəkmə müəssisəsinə köçürülməsinin video görüntüləri yayılır.
Görüntüləri Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Mixeil Saakaşvili bu gün həbs edilib. Saakaşvili Rustavi şəhərindəki on ikinci cəzaçəkmə müəssisəsinə köçürülüb.
Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti, Ukrayna İslahatlar İcraiyyə Şurasının sədri Mixeil Saakaşvili bu gün səhər saatlarında ölkəyə qeyri -qanuni yolla daxil olduğunu və artıq Gürcüstanda olduğunu göstərən bir yazı yayımladı.
Daha sonra Batumidə olduğunu göstərən bir video ünvanı yayımladı. Lakin qısa müddət sonra Saakaşvili başqa bir video yayımladı və burada videonun Batumi Bulvarında çəkildiyini iddia etdi.