DİN - Miqrasiya İdarəsinin əməkdaşları 37 əcnəbi vətəndaşı Gürcüstandan deportasiya edib
Ötən ay Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsaslanaraq müxtəlif ölkələrin 37 vətəndaşını ölkədən çıxarıblar. Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Əcnəbi vətəndaşların bir qismi Gürcüstanı könüllü tərk edib, digərləri isə Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən məcburi çıxarılıb”.
Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən, Moldova, Misir, Ermənistan, Rusiya, İraq, İran, Türkiyə, Pakistan, Türkmənistan, Hindistan, Banqladeş və Nigeriya vətəndaşları, ümumilikdə 37 nəfər ölkədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri də qanuni əsas olmadan Gürcüstanda olan xarici vətəndaşların müəyyən edilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsidir. – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.