DİN koronavirusa qarşı mübarizə məqsədi ilə qüvvədə olan requlasiyaların pozulmasının 716 faktını aşkar etdi
Daxili İşlər Nazirliyinin müvafiq bölmələri əməkdaşları, ölkədə koronavirusun yayılmasının qarşısının alınması və prevensiyası məqsədilə, qanun pozuntularının bütün faktlarına operativ şəkildə münasibət bildirirlər, – bu barədə məlumatı DİN yayır.
İdarənin məlumatına görə, hüquqmühafizəçilər tərəfindən monitorinq nəticəsində son 24 saat ərzində bütün ölkə miqyası ilə, tədbiq olunan məhdudiyyətlər çərçivəsində qüvvədə olan requlasiyaların pozulmasının 716 faktı aşkar edildi.
“Polis İnzibati Xətalar Məcəlləsinin 42(10) maddəsinə müvafiq olaraq 104 fiziki şəxsi cərimələdi. Cərimələnənlər arasında saat 21:00-dan saat 05:00-a qədər bir yerdən başqa yerə getməyə tədbiq olunan məhdudiyyəti pozan vətəndaşlar da var.
Bundan baqşa, son 24 saat ərzində bütün ölkə miqyası ilə, tədbiq olunan məhdudiyyətlər çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 42(11) maddəsinə müvafiq olaraq, maskanın gəzdirilməsi qaydasını pozma faktı üzrə 612 fiziki şəxs cərimələndi.
Daxili İşlər Nazirliyi vətəndaşları tədbiq olunan qaydaları müdafiə etməyə bir daha çağırır, əks təqdirdə, qanun ilə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək.
Gürcüstan ərazisində olan bütün şəxs borcludur ki, ictimai sağlamlıq sahəsi üzrə Gürcüstanda mövcud qanunvericilik tələblərinə tabe olsun.
Maskanın gəzdirilməsi qaydasını pozma faktı inzibati məsuliyyəti və İnzibati Xətalar Məcəlləsinin 42(11) maddəsinə müvafiq olaraq 20 larilik cəriməni əmələ gətirir.
İzolasiya və karantin qaydalarına pozma inzibati məsuliyyəti və İnzibati Xətalar Məcəlləsinin 42(10) maddəsinə müvafiq olaraq fiziki şəxslər üçün 2 000 larilik, hüquqi şəxslər üçün 10 000 larilik cəriməni əmələ gətirir. Təkrar cərimə isə, cinayət məsuliyyətini nəzərdə tutur”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.