DİN kibercinayətin üstünü açdı - yaxalananlar "Gürcüstan Bankı" və "TBC Bankın" vebsəhifəsinə bənzər səhifələrlə məbləğləri fırıldaqçılıqla mənimsəyirdilər
Mərkəzi Kriminal Polisi Departamenti və Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya qarşı Agentliyinin əməkdaşları, birgə keçirilmiş intensiv operativ-axtarış tədbirləri nəticəsində, kibercinayət üçün Tbilisidə, Türkiyənin iki və Gürcüstanın bir vətəndaşını yaxaladılar, – bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentinin direktoru müavini, Mamuka Çelidze brifinqdə bəyan etdi.
Yaxalananlar “Gürcüstan Bankı” və “TBC Bankın” vebsəhifəsinə bənzər səhifələrlə məbləğləri fırıldaqçılıqla mənimsəyirdilər. İttiham olunanlar Türkiyə və Gürcüstan vətəndaşlarıdırlar. Onlar kompyuter sisteminə icazəsiz daxil olmaqda, özəl komunikasiyaların gizliliyini pozmaqda və oğurluqda ittiham olunurlar.
İstintaq nəticəsində müəyyən olunub ki, ittiham olunan şəxslər əvvəlcədən hazırlanmış cinayətkar sxemə əsasən, vətəndaşların bank məlumatlarını əldə edir və sözügedən məlumatlar vasitəsi ilə, vətəndaşlara məxsus pulları qanunsuz şəkildə mənimsəyirlərmiş.
Qeyd olunan hərəkətlə onlar vətəndaşlara 200 000 lariyə qədər ziyan vurdular.