DİN - Xada dərəsində M.K. ağızlaşma zəmnində tüfəngdən atəş açaraq ata-balanı qətlə yetirdi, anası isə, qaçmağa cəhd göstərərkən dərəyə düşdü
Daxili İşlər Nazirliyinin Msxeta_mtianeti Polis Departamentinin əməkdaşları, keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində, özəlliklə ağırlaşdırıcı mühitdə, iki və ya daha artıq insanın qətli ittihamı ilə, 1998-ci il təvəllüdlü M.K.-nı yaxaladı. Onun tərəfindən törədilən cinayət ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Baş İdarəsinin rəisi, Mamuka Çelidzenin brifinqdə bəyan etdiyinə görə, cari ilin iyunun 6-da Gürcüstan və Amerikanın ikili vətəndaşlığı olan iki nəfər və onların 4 yaşlı uşağının itməsi barsində 112-ə məlumat daxil oldu. Xəbərdarlıq verənin dediyinə görə, itkin düşənlər Duşeti rayonunda, Xada dərəsində idilər və onlarla əlaqə saxlamaq mümkün olmur.
DİN-də bəyan etdiklərinə görə, keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində hüquqmühafizəçilər qətldə ittiham olunan 1998-ci il təvəllüdlü şəxsi yaxaladılar. Yaxalanan törətdiyi cinayəti etiraf edir.
Həlak olanlar Gürcüstanda 6 ildən artıq yaşayırdılar, ikilik vətəndaşlığı isə 2012-ci ildə aldılar.