DİN - İrakli Okruaşvili və daha dörd nəfər, mütəşəkkil zoraklığın təşkili və iştirakı ittihamı ilə yaxalanıblar
20-21 iyun hadisələri ilə bağlı, mütəşəkkil zoraklığın təşkili və iştirakı ittihamı ilə İrakli Okruaşvili yaxalanıbdır. Bununla yanaşı, DİN daha dörd nəfəri yaxaladı. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktor vəzifəsinin icraçısı, Mamuka Çelidze brifinqdə bəyan etdi.
“Cari istintaq çərçivəsində müəyyən edildi ki, Parlament binasına yetirilən zoraklıq hücum zamanı İrakli Okruaşvili, müşayiət edən şəxslərlə birlikdə, aksiya iştirakçılarını Parlamentə soxulmağa çağırırdı və özü də cəhd edirdi.
Həmçinin qeyd olunan istintaq çərçivəsində, hakimin hökmü əsasında, hüquqmühafizəçilər daha dörd nəfəri yaxaladılar. İstintaqla müəyyən edildi ki, qeyd olunan şəxslər, mütəşəkkil zoraklıq, polis işçilərinə qarşı hücumda iştirak edirdilər.
Yaxalananlar 1996-cı il təvəllüdlü Q.C., 1990-cı il təvəllüdlü T.D., 1972-ci il təvəllüdlü İ.M. və 1975-ci il təvəllüdlü B.L.-dır”, – DİN-in bəyanatında deyilir.