DİN - inzibati orqanlarına hücum və təcridinin davam etdirilməsi cəhdi təqdirində, polis qanun çərçivəsində münasibət bildirəcək
İnzibati orqanlarına hücum və təcridin davam etdirilməsi cəhdi təqdirində, polis qanun çərçivəsində, ona verilən mandata uyğun olaraq müvafiq münasibət bildirəcək, – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
“Noyabrın 17-də, aksiyalar keçirilərkən, həmçinin bütün gecə ərzində polis vətəndaşlara toplaşmaq və manifestasiyanın keçirilməsi üçün bütün lazimi şəraitləri yaratdı.
Bununla yanaşı, Rustaveli prospektində, Parlament qarşısında başlayan dinc aksiya sonralar qanuna qarşı formaya keçdi. Aksiya iştirakçıları binanın bütün giriş qapılarını bağladılar. Həmçinin, siyasi liderlər tərəfdarlarına müraciət etdilər ki, qanunvericilik orqanının işləməsinə maniəçilik törətsinlər.
“Toplaşmaq və manifestasiya” haqqında Gürcüstan qanunun 9-cu maddəsinə əsasən, qanunvericilik orqanının girişinin təcrid edilməsi və onun işinə maniəçiliyin törədilməsi qadağandır.
Parlament qarşısında aksiya təşkilatçılarına və aksiya iştirakçılarına bir daha müraciət edirik ki, polisin qanuni tələbinə tabe olsunlar”, – DİN-in bəyanatında deyilir.