DİN-in məlumatına görə, Zuqdididə "Gürcüstan Bankına" hücumu Badri Esebua həyata keçirdi
DİN-in məlumatına görə, Zuqdididə "Gürcüstan Bankına" hücumu Badri Esebua həyata keçirdi

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Zuqdididə “Gürcüstan Bankına” hücumu Badri Esebua həyata keçirdi.

Bu barədə Gürcüstan Daxili İşlər naziri müavini, Vladimer Bortsvadze Sameqrelo-Zemo Svaneti Dairə Polisində brifinqdə bəyan etdi.

“Daxili İşlər Nazirliyi tərəfindən 25 oktyabrda edilən çağırışa və bu çağırşın mətninə baxmayaraq, müəyyən media vasitələri Zuqdididə “Gürcüstan Bankına” hücumda müəyyən edilən şəxsin foto və kimliyi barəsində məlumatı, Daxili İşlər Nazirliyi təsdiq edənə qədər yaydılar.

Bir daha hamıya müraciət edirik, bənzər ağırlıqda cinayət barəsində məlumatın məqsədyönlü yayılması, intensiv tədbirlərə paralel olaraq, istintaq prosesinə, cari və planlaşdırılmış polis tədbirlərinə maniəçilik törədir.

İctimaiyyət üçün artıq müəyyən edilmiş şəxsin kimliyinin məlum olmasına görə, Daxili İşlər Nazirliyi, onun barəsində məlumat yayır.

Polis tərəfindən həyata keçirilən tədbirlər nəticəsində, hücumda iştirak edən şəxs müəyyənləşdirilib – o, 1988-ci il təvəllüdlü Badri Esebuadır. Onun olduğu yerin müəyyənləşdirlməsi və yaxalanması məqsədilə, polis operativ, istintaq və axtatış tədbirlərini fəal davam etdirir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236, 323 və 329-cu maddələri ilə aparılır”, – Vladimer Bortsvadze bəyan etdi.

21 oktyabrda Zuqdididə “Gürcüstan Bankına” silahlı şəxs soxularaq 43 vətəndaşı girov götürdü. Bir neçə saatlıq danışıqlardan sonra, girovların əksəriyyəti mərhələ şəklində azad edildi. Onları Sameqrelo-Zemo Svaneti Dairə Polisinin rəisi, Avtandil Qaldava əvəz etdi. Hücumçu Qaldava və üç girov ilə birlikdə bankı tərk etdi. Onların hər dördü gecə azad olundu.