Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları 1992-ci il təvəllüdlü A.F.-i və 1995-ci il təvəllüdlü R.Q.-nu böyük məbləğdə, qrup halında törədilmiş dələduzluq ittihamı ilə saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, cinayət 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər 1996-cı il təvəllüdlü N.M.-dən, avtomobil almaqda maraqlı olan bu şəxsi aldadaraq və xaricdən avtomobilin gətirilməsinə kömək adı ilə, dələduzluq yolu ilə böyük məbləğdə – ümumilikdə 50 000 ABŞ dollarınadək pul alıblar və mənimsəyiblər. Polis A.F.-i və R.Q.-nu, hakim qərarı əsasında, təqsirləndirilən şəxs qismində saxlayıb. İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə davam edir,” – deyə DİN-in məlumatında bildirilir.