DİN - ictimaiyyəti, mülki qrupları sərhədin delimitasiya komissiyalarına dinc şəraitdə işləmələrinə imkan verilməsinə çağırırıq
Gürcüstan Daxili İşlər Nazirliyi ictimaiyyəti, mülki qrupları, Gürcüstan və Azərbaycan sərhədinin delimitasiya komissiyalarına dinc şəraitdə işləmələrinə imkan verilməsinə çağırır.
Daxili İşlər Nazirliyində bəyan etdiklərinə görə, Gürcüstan-Azərbaycan sərhədinin David Qareci hissəsində yerlilər və Azərbaycan sərhədçiləri arasında kiçik insident baş verdi. Lakin gərginlik vaxtında aradan qaldırıldı və hazırda tamamilə sakitlikdir.
Bununla yanaşı DİN-in məlumatına görə, artıq faktın öyrənilməsinə başlanıb.
Dünən sosial şəbəkədə video yayıldı ki, sərhədçilər və yerlilər arasında kiçik insident baş verir.
David Qarecidə işləyən bələdçinin məlumatına görə, münaqişəyə səbəb Azərbaycan sərhədçiləri tərəfindən kilsədən icazəsiz ikonaların çıxarılması oldu. Yerlilər buna etiraz etdilər. Lakin elə onun dediyinə görə, problem tezliklə həll olundu.