DİN – hüquq-mühafizə orqanları xüsusilə külli miqdarda narkotik vasitə aşkarlayıb, bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 1973-cü il təvəllüdlü Z.E.-ni saxlayıblar. Məlumatı DİN yayıb.
“Polis əməkdaşları narkotik cinayəti ittihamı ilə saxlanılan şəxsin yaşayış evinə baxış zamanı maddi sübut kimi ‘buprenorfin’ adlı narkotik vasitə aşkar edərək götürüblər. Həmçinin, ehtimal ki, narkotik vasitənin realizasiyasından əldə edilmiş pul vəsaiti də polis tərəfindən götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur”, – DİN-in məlumatında qeyd olunur.