DİN - "Gürcüstan Bankının" soyğunçusunun kimliyi məlumdur
DİN - "Gürcüstan Bankının" soyğunçusunun kimliyi məlumdur

Daxili İşlər Nazirliyi Zuqdididə, 21 oktyabrda “Gürcüstan Bankının” soyğunçuluğu faktı ilə bağlı cari istintaq barəsində məlumat yayır.

İdarənin məlumatına görə, soyğunçunun kimliyi müəyyən edilib.

“İctimaiyyətə 21 oktyabrda Zuqdididə baş verən, “Gürcüstan Bankının” soyğunçuluğu barəsində cari istintaq ilə bağlı məlumat çatdırmaq istəyirik. Daxili İşlər Nazirliyi, aparılan istintaqi-operativ tədbirlər nəticəsində, soyğunçuluqda iştirak edən şəxsin kimliyini müəyyənləşdirdi. Daxili İşlər Nazirliyi media vasitələrinə və ictimaiyyətə müraciət edir ki, müxtəlif mənbələrdən əldə olunan məlumatla həmin şəxsin kimliyi məlum olduğu təqdirdə, qeyd olunan məmatı yaymasınlar, çünki bu istintaq tədbirlərinə maniəçilik törədəcək.

Baş verən fakt üzrə istintaq GCM-nin 179, 236 və 144-cü maddəsi ilə davam etdirilir. Daxili İşlər Nazirliyi faktla bağlı əlavə məlumatı mərhələ şəklində yayacaq”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.