DİN qəsdən qətl cəhdi ittihamı ilə bir nəfəri yaxaladı, yayılan məlumata görə, yaxalanan Ğintsvisi Monastrının keşişidir
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları, keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində, Kareli şəhərində, 1986-cı il təvəllüdlü K.K.-nı qəsdən qətl cəhdi və odlu silahın qeyri qanuni əldə edilməsi-saxlanılması-gəzdirilməsi ittihamı ilə yaxaladılar.
Cinayət 7-dən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır. Maddələr qəsdən qətl cəhdi və odlu silahın qeyri qanuni əldə edilməsi-saxlanılması-gəzdirilməsini nəzərdə tutur.
Yayılan məlumata görə, yaxalanan Ğintsvisi Monastrının keşişlərindən biridir.