Daxili İşlər Nazirliyi general Soso Kutateladze qətli işi üzrə bəyanat yayır. Bəyanatda qeyd olunubdur ki, Yaxalanan Giorgi Çanturaiyaya təziq barəsində yayılan məlumat həqiqətə uyğun deyil.
“İctimaiyyət üçün məlumdur ki, general Samson Kutateladzenin qətli faktı ezrə cari istintaq çərçivəsində, 2018-ci ilin yanvarın 17-də, GCM-nin 236-cı maddəsi ilə, döyüş sursatının qeyri qanuni əldə olunma-saxlanılması faktı üzrə, Giorgi Çanturaiya yaxalandı. Sonra isə azad olundu. İstintaq prossesində əldə olunan dəlillər və başqa faktlarla müəyyən olundu ki, Samson Kutateladzeni qətlə yetirilənə qədər son dəfə məhz Giorgi Çanturaiya görmüşdür. Müvafiq olaraq, sorğu zamanı müstəndiqlər qətl ilə mümkün əlaqəsi ilə bağlı məntiqi suallar verirdilər. Qeyd olunan cinayətin istintaqının standart və geniş yayılmış taktikasıdır. Müvafiq olaraq, təziq barədə istənilən bəyanatlar həqiqətə uyğun deyil. Hər biri tərəfi, istintaqın başa çatmasını gözləməyə çağırırıq. Daxili İşlər Nazirliyi general Soso Kutateladze qətli işi üzrə istintaqı davam etdirir”, – bəyanatda qeyd olunub.