DİN: Devdorak erkən xəbərdarlıq sistemindən siqnal daxil olub – “Darial” sərhəd-keçid məntəqəsindən təxliyə həyata keçirilib, Qvelet yaxınlığında hərəkət məhdudlaşdırılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, Devdorakda quraşdırılmış erkən xəbərdarlıq sistemindən siqnal daxil olub. Sözügedən sistem çay yatağında su axınının minimal səviyyədə artmasını belə qeydə alır.
Nazirliyin açıqlamasında bildirilir ki, daxil olan məlumat əsasında protokola uyğun olaraq, “Darial” sərhəd-keçid məntəqəsində olan vətəndaşlar, eləcə də məntəqədə çalışan patrul polisi, gömrük xidməti, sərhəd polisi və özəl şirkətin əməkdaşları təhlükəsiz əraziyə təxliyə edilib.
Bununla yanaşı, profilaktik tədbir olaraq, Qvelet kəndi yaxınlığında bütün növ nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkəti məhdudlaşdırılıb.